İbrahim Şehiç “Erzurumspor”da ildə 550 min avro qazanacaq

“Qarabağ” futbol komandasının sabiq qapıçısı İbrahim Şehiçin Türkiyənin “Erzurumspor” klubuna keçidinin təfərrüatı müəyyənləşib.

“Report” “Fotomaç”a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının üzvü “mavi-ağlar”la 2 illik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 550 min avro təşkil edəcək.

Bildirilir ki, 30 yaşlı qolkiper iyunun 12-də Bakı vaxtı ilə 13:00-da meneceri Fatih İleklə birlikdə İstanbula gələrək, rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, 2013 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinmiş İbrahim Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarında çıxış edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az