“Real”a məşqçi təyin edildi, dərhal qovuldu

Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi vəzifəsindən qovulub.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales mətbuat konfransında deyib.

“Biz Xulenə milli komanda üçün etdiyi hər şeyə görə təşəkkür edirik. O, komandanın Dünya Çempionatına düşməsinə kömək etdi. Amma biz onu qovmaq məcburiyyətində idik”, - Rubiales bildirib.

İspaniya mətbuatı Futbol Federasiyasının bu qərarına səbəb kimi məşqçinin DÇ-dən sonra “Real Madrid” klubunu çalışdıracağını göstərib.

Xatırladaq ki, 51 yaşlı mütəxəssisin İspaniya yığması ilə 2020-ci ilə qədər müqaviləsi olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2019

21.01.2019

20.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az