Fransa çempionluq iddiasını davam etdirir

DÇ-2018-də yarımfinal mərhələsinə start verilib. İlk finalçı Fransa və Belçika yığmaları arasında matçda müəyyənləşib.

 

Sankt-Peterburqda keçirilən görüşün taleyini 1 qol həll edib. Umtitinin ikinci yarıda vurduğu top Fransanı finala daşıyıb.

 

 

“Üçrənglilər” bununla da iyulun 15-də keçiriləcək həlledici qarşılaşmaya vəsiqə əldə edib. Ən azı gümüş medalları təmin edən Fransanın Moskvanın “Lujniki” stadionunda keçirilən finaldakı rəqibi sabah bəlli olacaq.

 

Belçika yığması isə Sankt-Peterburqda qalıb. Onlar iyulun 14-də baş tutacaq bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək ikinci yarımfinalda Xorvatiya və İngiltərə görüşəcək.

 

DÇ-2018

1/2 final

 

Fransa – Belçika - 1:0

 

Qol: Umtiti, 51

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.09.2018

20.09.2018

19.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az