Kosovo yığmasının baş məşqçisi iddialı danışıb

"Rəqiblərimizin asan olduqlarını düşünməyin. Əlbəttə, çoxlu problemimiz olacaq. Lakin öz oyunçularıma və lazımi nəticələri əldə edəcəyimizə inanıram".

Mediainfo.az-ın "Report"a istinadən məlumatına görə, bunu UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi Bernar Şalland deyib. İsveçrəli mütəxəssis son 3 yoldaşlıq görüşündə müsbət nəticələr əldə etdikləri bildirib: "Bu görüşlərdə çox şeyə qadir olan komanda gördüm. Düzdür, bütün oyunçuları izləyə bilmədim. Valon Berişa zədəli idi, digərlərini də tezliklə iş başında izləyəcəyimə ümid edirəm".

67 yaşlı baş məşqçi komanda üzərində daha çox işləmələrinin gərəkliyini də bildirib: "Beynimdə mərhələ adlayan Kosovo var, amma digər tərəfdən, daha güclü komanda olmaq üçün işləməliyik. Ona görə də yerlə getməli, Azərbaycan, Farer adaları və Maltanı asanlıqla keçəcəyimizi düşünməməliyik. Hədəfə çatmaq üçün işə bağlılıq, zəhmət və sadiqlik lazımdır. Mənim və məşqçilər heyətinin işi bu nəsli gələcəyə hazırlamaqdır. U-19 və U-21 yığmalarının baş məşqçiləri ilə əlaqədəyəyəm. Çünki Kosovonun gələcəyi var".

Şalland Millətlər Liqasındakı ev oyunlarını Kosovonun paytaxtı Priştinadakı 12 min nəfərlik şəhər stadionunda keçirəcəklərinə ümid etdiyini də vurğulayıb. Bu stadionda ilk rəsmi oyun sentyabrın 10-da Farer adalarına qarşı olacaq. Sentyabrın 7-də isə Kosovo yığması Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq

Çox oxunan xəbərlər
Son xəbərlər

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az