ÇL: "Qarabağ" mübarizəyə qələbə ilə başladı!

Dünən Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Qarabağ Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

 

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

 

11 iyul

 

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Vild-Donald Gerye, 79

 

 

Lyublyana, “Stojitse” stadionu

Çox oxunan xəbərlər
Son xəbərlər

20.02.2019

19.02.2019

18.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az