Neymar "Real"a keçmək istəmir

PSJ-nin futbolçusu Neymar haqda növbəti iddia yayılıb.

Qol.az-ın məlumatına görə, "Mundo Deportivo" nəşri yazıb ki, Kriştiano Ronaldonun "Real"dan ayrılaraq "Yuventus"a keçməsindən sonra braziliyalı hücumçu Madrid klubuna transfer olmağa tərəddüd etməyə başlayıb. Bildirilib ki, Neymar "Real"da məhz portuqaliyalı futbolçu ilə birgə oynamaq və bir neçə ildən sonra onu əvəzləmək istəyirdi. Ancaq Ronaldo və baş məşqçi Zinəddin Zidanın "kral klubu"ndan ayrılmasından sonra komandanı yenidən qurmaq nəzərdə tutulur. Belə bir vaxtda isə Neymar "Real"a keçməyə ehtiyat edir. Çünki burada onun formalaşmağı üçün daha çox vaxt lazım ola bilər.

 

Məhz bu səbəblərə görə Neymarın hazırda karyerasını PSJ-də davam etdirməyi daha məqsədəuyğun saydığı vurğulanıb.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də oynayır.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az