Zidan baş məşqçi vəzifəsinə qayıdacağını açıqlayıb

İspaniyanın "Real Madrid" klubunun sabiq baş məşqçisi Zinəddin Zidan uzun müddət işsiz qalmayacaq. 

Fransalı mütəxəssis TVE-yə açıqlamasında tezliklə sevimli işinə qayıdacağını bildirib. "Əlbəttə, tezliklə məşqçi kimi futbola dönəcəyəm. Bu işi sevirəm və futbol mənim həyatımda önəmli yer tutur. Həyatım boyunca bu işlə məşğul olacağam".

Daha əvvəl Zidanın  "Mançester Yunayted"in baş məşqçi postuna əsas namizəd olduğuna dair xəbərlər yayılıb. Təyinatı gerçəkləşəcəyi təqdirdə, o, "Real Madrid"dən Toni Kroosu, Almaniya "Bavariya"sından Tiaqo Alkantara və Xames Rodrigesi, Fransa PSJ-sindən isə Edinson Kavanini komandasında görmək istəyir. Habelə ötənlərin məşhur futbolçusunun 2019-cu ildə İtaliya "Yuventus"unda Massimiliano Alleqrini əvəzləyəcəyi bildirilir. 

Qeyd edək ki, Zinəddin Zidan 2016-cı ildən rəhbərlik etdiyi "Real Madrid"in baş məşqçi postundan 3 ay öncə istefa verib.  46 yaşlı mütəxəssis "kral klubu" ilə İspaniya çempionu, ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi olub. (report)

Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2018

23.09.2018

22.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az