Formula 1 Qran Prisi ilə bağlı planlar açıqlanıb

Gələn ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran Prisi ilə bağlı planlar açıqlanıb. 

Azadinform xəbər verir ki, Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, Formula 1-ə maraq hər il 30 faizə qədər artır və həm yerli sakinlər, həm xarici qonaqlar yarışmaya daha böyük maraq göstərirlər. 

N.Arpadarai deyib ki, bu il yarışmaya bilet satışına daha tez, yəni oktyabrın axırları start verilməsi nəzərdə tutulur: “Bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirim kampaniyası ilə başlayacaq. Biletlərin tez satışına başlanılması onunla bağlıdır ki, xaricilər planlarını əvvəldən qururlar”. 

Şöbə müdiri yarışların 5 il tamam olduqdan sonra uzadılması məsələsinə də toxunub: “Yarışların uzadılması ilə bağlı danışıqlar gedir, ancaq neçə il uzadılacağı hələlik məlum deyil”. 

Şöbə müdiri əlavə edib ki, noyabr ayından yarışla bağlı tikinti işlərinə start veriləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2018

23.09.2018

22.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az