Almaniya çempionatının bombardiri futbol millimizə çağırıldı

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb. 
 
Baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib.
 
Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaq. 
 
Almaniya 3-cü Liqasının altı qolla bombardiri olan Rüfət Dadaşov (Renat Dadaşovun böyük qardaşı – S.M.) ilk dəfə Qurbanovun çalışdırdığı yığmaya çağırılıb. O əvvəllər yığmamızda 16 oyun keçirib və dörd qola imza atıb.
 
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”);
 
Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
 
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nəzərov (“Ertsqebirqe”, Almaniya);
 
Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).(Oxu.Az)

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az