"Mançester Yunayted" PSJ ilə oyunda möcüzəyə imza atdı

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununda "Mançester Yunayted" PSJ-yə çok yaşadıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Parisdə meydan sahibləri ilə görüş olduqca dramatik keçib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ əlan qonaqlar 2-ci dəqiqədə Lukakunun vurduğu qolla hesabı açıblar. 12-ci dəqiqədə Bernat hesaı bərabərləşdirsə də, səfər oyunlarında meydan sahiblərinin qənimi olan Lukaku 30-cü dəqiqədə vurduğu qolla yenidən qonaqları hesabda irəli çıxarıb. İkinci hissədə meydanda gərgin oyun gedib. Oyuna əlavə edilən vaxtda əllə oyuna görə hakim Damir Skomina meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Reşford 11 metrliyi dəqiq yerinə yetirərək komandasını növbəti mərhələyə çıxarıb. Beləliklə "Mançester Yunayted" möcüzəyə imza ataraq öz meydanında 0:2 hesabı ilə məğlub olmalarının əvəzini çıxa bilib. Bununla da "qırmızı şeytanlar" növbəti mərhələyə adlayıblar.

Günün digər oyununda isə "Roma" səfərdə "Portu"nun qonağı olub. Qonaqlar ilk oyunda 2:1 hesabı ilə qalib gəlsələr də, səfərdə 1:3 hesabı ilə məlub olaraq mübarizəni dayandırıblar.

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

 "Portu" - "Roma" - 3:1

Qollar: Tiqunyo, 26 (1:0), De Rossi, 37-pen (1:1), Mareqa, 53 (2:1), A. Telleş, 90+4-pen. (3:1)
İlk oyun - 1:2

 PSJ - "Mançester Yunayted" - 1:3
Qollar: Lukaku, 2 (0:1), Bernat, 12 (1:1), Lukaku, 30  (1:2), M. Reşford, 90+4 (1:3)
İlk oyun - 2:0

  PSJ - "Mançester Yunayted"-video-icmal 

 

 
 
Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az