Ronaldo "Atletiko"nu darmadağın etdi

Çempionlar Liqasında 1/4 finalının daha iki iştirakçısının adı məlum olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə 1/8 finalın cavab oyununda "Yuventus"- "Atletiko"oyununda turinlilər 3 dəfə fərqləniblər. İlk oyunda madridlilərə 0:2 hesabı ilə məğlub olan turinlilər cavab oyununda əzmkar oyun nümayış etdiriblər. Oyunun qəhrəmanı isə Kriştianu Ronaldo olub. O birinci hissənin 27-ci dəqiqəsində başla vurduğu qolla hesabı açıb. İkinci hissənin 49-cu dəqiqəsində isə Ronaldo yenidən fərqlənərək hesab arasındakı fərqə tarazlıq gətirib. Oyunun başa çatmasına 4 dəqiqə qalmış Ronaldo qonaqların qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək "Yuventus"u növbəti mərhələyə çıxarıb

 "Mançester Siti" isə "Şalke"nin qapısından 7 cavabsız top keçirərək onu nokauta göndərib.
 

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

 “Yuventus” – “Atletiko” - 3:0

Qollar: Ronaldo, 27, 49, 86-pen.
İlk oyun - 0:2

 “Mançester Siti” – “Şalke” - 7:0 
Qollar: Aquero, 35-pen. 38, Sane, 42, Sterlinq, 57, B.Silva, 71, Foden, 78, Jsusu, 84
İlk oyun - 3:2

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az