"Liverpul" "Bavariya"ya futbol dərsi keçdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyununda "Liverpul" səfərdə Münhenin "Bavariya" klubu ilə görüşüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Kloppun komandası ilk oyunla müqayisədə səfərdə əsl hücum futbolu nümayiş etdiriblər.

 Oyunun əvvəllərindən təşəbbüsü ələ alan  qonaq komanda 26-cı dəqiqədə Sadio Manenin fərdi ustalığı nəticəsində hesabı açıb. Bundan sonra irəli atılan almanlar 38-ci dəqiqədə Matipin avtoqolu ilə hesabı bərabərləşdiriblər. İkinci həssədə meydanda bərabər səviyyədə oyun gedib. 69-cu dəqiqədə "Liverpul"un müdafiəçisi Van Deyk künc zərbəsindən sonra başla topu meydan sahiblərinin qapısından keçirərək onlara şok yaşadıb. Oyunun başa çatmasına 6 dəqiqə qalmış Mane 3-cü topu meydan sahiblərinin qapısından keçirərək almanların heç-heçəyə olan son ümidlərini də boşa çıxarıb. Beləliklə meydanda almanalara futbol dərsi keçən ingilislər növbəti mərhələyə adlayıblar. 

Bu turun digər oyununda "Barselona" öz meydanında "Lion"a 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə əldə ediblər

 

 

Çempionlar Liqası

 

1/8 finalın cavab oyunları

13 mart

 "Barselona" - "Lion" - 5:1
Qollar: L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)
İlk oyun - 0:0

 "Bavariya" - "Liverpul" - 1:3
Qollar: S. Mane, 26 (0:1), 84 (1:3), J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)
İlk oyun - 0:0


Qeyd edək ki, növbəti mərhələdə "Liverpul" və "Barselona"dan əlavə "Mançester Yunayted", "Ayaks", "Tottenhem", "Portu", "Yuventus" və "Mançester Siti" də oynayacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

18.06.2019

17.06.2019

16.06.2019

15.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az