Ayaz Quliyev avtomobillə vurduğu amerikalının burnunu qırdı - video

Spartak-ın (Moskva) azərbaycanlı futbolçusu Ayaz Quliyev ictimai qınaqla üzləşib.

Mediainfo.az Goal.az -a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva küçələrinin birində amerikalı turisti döyüb.

Hadisə ötən gün saat 10-11 aralığında qeyd alınıb. Quliyev idarə etdiyi maşınla svetofora məhəl qoymadan yolu qırmızı işıqda keçib. Bu zaman onun avtomobili piyada keçidindəki amerikalı turistə - Maykl Ko Couns Eliyə toxunub. Maşından düşən Ayaz piyadaya hücum çəkib. Gənc futbolçu amerikalının burnunu qırıb. Hadisə yerinə polis və təcili tibbi yarım gəlib.

Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O, turistin xəstəxana xərcini də üzərinə götürüb. Couns Eli isə futbolçudan şikayətçi olmadığını bildirib.

Rusiya mətbuatı ötən ilin dekabrında "Mersedes" alan Quliyevin 200-ə yaxın yol hərəkət qaydasını pozduğunu vurğulayıb.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2019

18.06.2019

17.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az