Azərbaycan Slovakiyanı qəbul edəcək: Məğlubiyyət Yuryeviçin sonu demək olacaq

 Bu gün futbol üzrə Azərbaycan yığma komandası Slovakiyanı qəbul edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu oyunda da komandamızın  məğlub olması baş məşqçi Yuryeviçin istefası ilə nəticələnə bilər.

"Bakcell Arena"da keçiriləcək oyunu idarə etmək şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadasına tapşırılıb.

Xatırladaq ki, Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə görüşüb . Bu oyunlardan 5-də slovaklar qalib gəliblər. Azərbaycan yığması slovaklar üzərində yeganə qələbəsini  2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında qazanıblar. O vaxt Azərbaycan  Slovakiyanı 2: 0 hesabı ilə məğlub edib. 

Onu da qeyd edək ki, Azərbaycan  E qrupunda keçirdiyi 2 görüşdə -Zaqrebdə Xorvatiyaya (1:2),  Bakıda Macarıstana (1:3) məğlub olub 

 

Bu qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək

 

AVRO-2020, seçmə mərhələ, IV tur

11 iyun

20:00. Azərbaycan - Slovakiya

Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson

"Bakcell Arena"

 
Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az