Azərbaycanda itkin düşmüş hərbiçilər ölmüş elan edildikdə, 100% sığorta olunacaqlar

Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Apa-nın məlumatına görə, əlavə və dəyişikliklər layihəsi barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib.Dəyişikliyə əsasən, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilən hərbçilərin ailəsinə 100% sığorta ödənişləri verilir.Hazırkı qüvvədə olan maddəyə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman yalnız həlak olan, ölən hərbiçilərə 100% sığorta verilir.Müzakirələr zamanı Z.Əsgərov bildirib ki, qanuna dəyişikliklər hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2017

20.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az