Azərbaycanın hansı rayonları Avropaya düşür?

Azərbaycanın ərazisinin 16-da bir hissəsi Avropanın hüdudlarına daxil olur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycanın Avropa hüdudlarına daxil olan ərazilərini açıqlayıb.Oxumeni.az-ın verdiyi xəbərə görə, institutun direktor əvəzi Ramiz Məmmədov Trend-ə bildirib ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir.

Qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.

Alim deyib ki, Azərbaycanın öz daxilində Avropanın cənub sərhədlərinin hüdudları müəyyənləşdirilib. Bu sərhəd böyük Qafqaz dağlarında Bazardüzü nöqtəsindən, Tufan dağından başlayır: 

“Sərhəd Şirvan stansiyasının yanında ərazini kəsir və beləliklə, Sumqayıt Avropada qalır. Sərhəd daha sonra Novxanının aşağısından və Fatmayi qəsəbəsinin içindən keçməklə Mərdəkanın bir hissəsini əhatə edir. Beləliklə, Azərbaycanın ərazisinin 16-da bir hissəsi Avropanın hüdudlarına daxil olur. Bu gün isə Azərbaycanın 1 kvadrat metr ərazisi də Avropaya daxil edilmir”.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2017

20.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az