Camışlarımız azalıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) ölkədə heyvandarlıq sahəsinə dair bir sıra proqramların həyata keçirilməsi məqsədilə müraciət edib.

Həmin sahələrdən biri də ölkədə sayı azalan camışlarla bağlıdır. Bunu Nazirliyin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.Onun sözlərinə görə, Azərbaycanda camışların sayı əvvəlki illərlə müqayisədə azalıb. Hazırda ölkədə 265 min camış var, lakin ötən ilin analoji dövründə bu heyvanların sayı 400 mindən artıq olub. Yəni, son bir ildə azalma təxminən 34% təşkil edib.Ç.Fərəcov qeyd edib ki, hazırda bütün Avropa ölkələri camış axtarışına çıxıb. Çünki bu heyvanlar yemə və suya az tələbatlıdır. Bu məqsədlə Azərbaycan FAO-ya damazlıq-seleksiya işlərinin yaxşılaşdırılmasına dair proqramın həyata keçirilməsi təklifi ilə müraciət edib. 

«Biz 2005-ci ildə FAO-ya müraciət etmişdik. Lakin 8 il ötməsinə baxmayaraq, bizim sorğumuza cavab verilməyib. Artıq 4 dəfə müraciət etmişik və yenə də cavab gözləyirik. Bu sahədə ən azından kiçik bir layihənin həyata keçirilməsinə böyük ehtiyac var», - deyə Ç.Fərəcov əlavə edib.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2017

20.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az