Azərbaycanın saç ustaları bütün standartlara cavab verəcəklər

Müxtəlif xəstəliklərin yaranmasının qarşısı alınacaq

Bərbər xidmətləri Azərbaycanda geniş tətbiq olunduğu üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu sahə ilə bağlı artıq standart qəbul edilib və qüvvəyə minib.Standartın tətbiq olunmasında məqsəd gözəllik salonlarındakı alətlərin yoxlanılması və sanitariya qaydalarına əməl edilməsidir.

Gözəllik salonlarında alətlərin sterilizasiyası olduqca vacib amil olsa da, bəzən bu qaydalara əməl edilmir. Belə olan halda müxtəlif xəstəliklərin yaranması da qaçılmaz hala çevrilir.Məsələ ilə əlaqədar rəyini öyrəndiyimiz gözəllik salonları və bərbərxana işçiləri də belə bir standartın tətbiq edilməsini müsbət hal kimi qiymətləndirdilər.Təbii ki, heç kim "mən təmizliyə riayət etmirəm" deməyəcək. Hamı gördüyü işin sanitar qaydalara uyğun olduğunu deməklə özünü təmizə çıxaracaq. Amma deməklə deyil, yaxın vaxtlarda tətbiqinə başlanılacaq standartlar bunu özü tənzimləmiş olacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2017

20.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az