Rəsmi işsizlərin 41%-ni qadınlar təşkil edir

Bu il dekabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 753,5 min nəfər olub, onlardan 4 516,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu il noyabrın 1-nə ölkədə muzdla işləyənlərin sayı 1 505,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində  901,8 min nəfər, qeyri-dövlət bölməsində isə 603,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,6 min nəfər, qeyri-neft sektorunda isə 1 468,0 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1462,8 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,3%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu il dekabrın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər olub, onların 41,4%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,0 manat olub. 

 

/Apa/

Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az