Qarabağ əlillərinə əlilliyin verilməsi ilə bağlı meyarlara dəyişikliklər ediləcək

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər ediləcək.

Bu, həmin şəxslərə qoyulan tibbi diaqnozdan asılı olacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

Onun sözlərinə görə, əgər 1990-cı illərdə Azərbaycanda bəzi xəstəliklərin müalicəsi yox idisə, bu gün ölkədə müxtəlif əməliyyatlar aparılır və nəticələri çox uğurlu olur. Bu səbəbdən də əlillik statusunun verilməsi ilə bağlı standartlara ciddi dəyişikliklər olunacaq.

N.Məmmədov əlavə edib ki, məsələ ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanda tibbi-sosial ekspertiza müayinələrinə dair arayışlar da elektron formada veriləcək.

Apa

Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az