Fermerlərə təzə traktorlar paylanıb

Kənd Təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Yevlax Aqroservis filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli “MTZ” markalı traktorlara baxış keçirib.

Nazirlikdən  apa-ya verilən məlumata görə, nazir əvvəlcə Yevlax Aqroservis filialında yaradılmış təlim-tədris mərkəzi, təmir emalatxanası, anbarlar və yeni texnikalarla tanış olub. Məlumat verilib ki, Yevlax Aqroservis filialı yenidən qurulub, daxilində təlim-tədris mərkəzi və müasir təmir emalatxanası yaradılıb. Tədris mərkəzində 226 nəfərə mexanizatora texnikaların idarə olunması üçün təlimlər keçirilib.

Sonra respublikanın rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edib.

Fermer və sahibkarlar qarşısında çıxış edən H. Əsədov ölkə başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayaraq bildirib ki, Aqroservis filialına gətirilmiş 108 ədəd MTZ markalı traktordan 70-i qeydiyyat nişanı və texniki sənədləri ilə birlikdə lizinq yolu ilə fermer və sahibkarlara təqdim edilib.

Nazir sonra “Azərtoxum” MMC-nin iş fəaliyyəti ilə tanış olub.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az