"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik olub

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. layihə barədə deputat Çingiz Əsədullayev məlumat verib.

Layihəyə əsasən daşınmaz əmlak üzərində hüquqların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

Müzakirələrin sonunda sənəd səsə qoyularaq qəbul olunub.

Milli Məclisinin bu gün keçirilən iclasında ölkə vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni rüsum dərəcələri  dəmüzakirəyə çıxarılıb. Layihə barədə deputat Çingiz Əsədullayev məlumat verib.

 

Təklif “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərdə əksini tapıb. Dəyişikliklərə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə 25 manat, 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə isə 35 manat rüsum tutulur. Layihə səsə qoyularaq qəbul olunub.

Qanun 2015-ci ilin dekabr ayının 1-dən qüvvəyə minir.

Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az