Bu gün XX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin açılışıdır

entyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində XX Azərbaycan Beynəlxalq səhiyyə sərgisi – “BINE -2014” keçiriləcək. Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, sərgidə dünyanın 17 ölkəsindən 147 şirkət iştirak edəcək. Bu barədə sentyabrın 24-də keçirilən mətbuat konfransında “İteca Caspian LLC” şirkətinin layihə meneceri Elmira Əliyeva məlumat verərək deyib: “Yubiley sərgisində Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və başqa ölkələrdən şirkətlər təmsil olunacaqlar.

Sərginin keçirildiyi illər ərzində bu beynəlxalq tədbirdə dünyanın 45 ölkəsindən 2 mindən çox şirkət iştirak edib, çoxsaylı müqavilələr imzalanıb, müştərək müəssisələr yaradılıb, sərgi sayəsində bazara tibbi təyinatlı yeni məhsullar və müasir texnologiyalar çıxarılıb. BINE-yə paralel olaraq daha iki sərgi - IX Azərbaycan Beynəlxalq stomatologiya və VIII Beynəlxalq gözəllik və estetik təbabət sərgiləri təşkil ediləcək.

Sərgi artıq iki ildir ki, Dünya Tibbi Turizm Assosiasiyasının və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə fəal şəkildə yeni sektoru – tibbi turizmi də inkişaf etdirir. Tədbir çərçivəsində “Tibbi turizm sahəsində yeni istiqamət, marketinq strategiyası və brendinqdir” mövzusunda konfrans, habelə “Mamalıq, ginekologiya və neonatalogiyada müalicə və diaqnostikanın müasir metodları” elmi-praktik konfransı keçiriləcək”.

Onu da qeyd edək ki, sərgilərin təşkilatçıları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Stomatologiya Assosiasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “İteca Caspian LLC şirkəti və onun tərəfdaşı İTE Group PLC-dir.

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az