“Antep Lahmacun”un məhsullarında zərərli bakteriya aşkar edildi

Paytaxtın “Antep Lahmacun” kafesində bir sıra ciddi nöqsanlar aşkar edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, xidmət yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev 70 ünvanında yerləşən fiziki şəxs Hudulov İzzətə məxsus "Antep Lahmacun" kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı bir neçə nöqsan aşkar edilib. Belə ki, kafedə istehsal olunan "Azərbaycan" çörəyinin, kulinariya məmulatlarının hazırlanmasında istifadə olunan xammalların uyğunluq sertifikatları yoxdur, hazırlanan məhsullar hüquqi normativ texniki sənədin tələblərinə uyğun müvafiq qaydada təsdiq edilmiş reseptura və texnoloji təlimatla təmin olunmayıb. Kafedə hazırlanan paytaxt salatından nümunə götürülüb və laborator müayinə zamanı S.auerus bakteriyaları aşkar olunub. Mətbəxin sanitar vəziyyəti qeyri-qənaətbəxşdir, işçilər gigyenik tələblərə riayət etmir və məhsulların və xammalların saxlanması zamanı mal qonşuluğuna riayət edilmir, hazırlanan məhsulların müayinələrinin  aparılması üçün heç bir akkreditasiya olunmuş  laboratoriya ilə müqaviləsi mövcud deyil.

Yoxlama nəticəsində aşkar olunan nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar verilib.

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az