Kürdəmirdə möhtəşəm Bayraq Meydanı tikiləcək

Kürdəmir rayonunda böyük Bayraq Meydanı inşa olunacaq. Meydan rayon mərkəzinin şərq hissəsində, Bakı-Ələt-Gürcüstan sərhədi magistralının üstündə tikiləcək. 5 hektar ərazini əhatə edəcək Bayraq Meydanında bir neçə müasir fontan, açıq havada konsertlərin təşkili üçün yay səhnəsi, istirahət guşələri yaradılacaq.
Meydanda müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada müxtəlif kompozisiyalı çəmənliklər yaradılacaq.
Bayraq Meydanının ümumi sahəsi 5 hektar olacaq ki, bunun 3 hektarı yaşıllıq sahələri, digər iki hektarı isə tikililər üçün nəzərdə tutulub. Hazırda ərazidə layihələndirmə işləri həyata keçirilir.
Qeyd edək ki, həm də böyük park funksiyasını daşıyacaq Bayraq Meydanının magistral yolun üzərində olması uzaq səfərlərə çıxmış insanların istirahətinin təşkil edilməsi üçün də əhəmiyyətli olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

19.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az