MDB dövlətləri və Baaltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda toplantısı olacaq

Sabah Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti 61-ci iclası keçiriləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Apa –ya verdiyi məlumata görə, iclasın gündəliyinə bir sıra məsələlər daxil edilib.

Belə ki, tədbirdə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin  2014-cü ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki haqqında, 2014-cü ilin may ayında keçirilmiş yük vaqonlarının və 2014-cü ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən  siyahıyaalınmasının yekunları haqqında, 2014-cü ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında, yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razilığın yerinə yetirilməsi haqqında, 2015-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada Tarif siyasəti haqqında, beynəlxalq sərnişin daşınması üzrə MDB dövlətləri həmçinin Gürcüstan, Latviya, Litva və Estoniya respublikaları arasında bağlanan Razılığa dəyişiklikər və əlavələr edilməsi haqqında, Şura Müdiriyyətinin  2015-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər Smetası haqqında, Dəmir yolu administrasiyaları Məlumat-hesablama Mərkəzlərinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş Smetası haqqında, “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü haqqında və Şuranın 62-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə olunacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

19.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az