Azərbaycanda yeni elmi qurum yaradılır

Azərbaycanda elmi müəssisə və təşkilatların akkreditasiyasını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Dövlət Elmi Akkreditasiya Xidməti yaradılacaq.

Mediainfo.az-ın "Trend"ə istinadən xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı bildirib ki, “Elm haqqında” qanun layihəsinə əsasən, elmi-tədqiqat müəssisələrinin akkreditasiyanın məqsədi elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının, infrastrukturunun, elmi proqramların, elmi-tədqiqat nəticələrinin, kadr potensialının, maliyyə resurslarının və s. qəbul olunmuş dövlət standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir.

Akkreditasiya elmi müəssisə və təşkilatların dünya elm məkanında tanınması və reytinqinin yüksəldilməsi məqsədilə aparılır.

Müəssisələrə dövlət akkreditasiyası haqqında şəhadətnamə - sertifikat veriləcək. Akkreditasiya olunmuş elmi təşkilatların verdiyi elmi dərəcə və adlara hüquqi təminat verilir.

Qeyd edək ki, “Elm haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulub.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

19.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az