Sosial müdafiəyə ehtiyacı olanların məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfər vətəndaşın məşğulluğu təmin edilib. 

Məlumata görə, həmin şəxslərin 172  nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 191 nəfərini əlillər, 172 nəfərini qaçqın və məcburi köçkünlər, 148 nəfərini 20 yaşadək gənclər, 32 nəfərini müharibə veteranları təşkil edib. Həmçinin şəhid ailəsi üzvləri olan 20 nəfər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 19 nəfər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən 22 nəfər, pensiya yaşına 2 ildən az qalmış 38 nəfər şəxs də kvota üzrə iş yerləri ilə təmin olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi  Qaydası”na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi,  100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri müəyyən edilir. 

Xatırladaq ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən məşğulluğu təmin edilən vətəndaşların ümumi sayı  22700 nəfər təşkil edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az