Zakir Qaralov Tərtərdə vətəndaşlarla görüşüb

Baş prokuror Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, baş prokuror Zakir Qaralov noyabrın 27-də Tərtər Rayon Prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edib

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 32 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər araşdırılması üçün aidiyyəti üzrə göndərilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

19.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az