Gömrük komitəsinin sədri Aydın Əliyev Hacıqabulda vətəndaşları qəbul edib. Apa-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Gömrük komitəsinin sədri Aydın Əliyev Hacıqabulda Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayonundan olan vətəndaşları qəbul edib.
Müraciətlər əsasən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi ilə bağlı və gömrük orqanlarına işə qəbulla əlaqədar edilib.
Bəzi müraciətlər yerində həll olundu, komitənin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə aidiyyatı orqanlara çatdırılması üçün qeydiyyata götürülüb.
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az