Azad Rəhimov Mingəçevirdə qəbul keçirib

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevir şəhərində vətəndaşları qəbul edib. 

Mingəçevir şəhər Heydər Əliyev mərkəzində baş tutan qəbulda  Mingəçevir şəhəri ilə yanaşı, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab rayon sakinləri də iştirak ediblər.

Qəbulda iştirak edən 40-a yaxın vətəndaş nazir Azad Rəhimova  idman, gənclər, tikinti  və digər mövzularla bağlı müraciət edib.

Gənclər sahəsində edilən müraciətlər əsasən gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, QHT yaradılması üçün dəstək, layihələrin maliyyələşdirilməsi, beynəlxalq təlimlərdə iştirak və yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.

Eyni zamanda, respublika səviyyəli tədbirlərin təşkilinə yardım, məktəblərdə hərbi hazırlıq otaqlarının  tərtibatı, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması da gənclər sahəsində edilən müraciətlər sırasında olub.

Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman obyektlərinin idman avadanlıqları ilə təmin edilməsi, Uşaq Gənclər İdman Mərkəzinin (UGİM) yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Olimpiya İdman Komplekslərinin və digər idman qurğularının tikilməsi və təmiri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat, şəxsi məsələlər, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi ilə bağlı müraciətlər də qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az