Moskvada MDB İqtisadi Şurasının 65-ci iclası keçirilib

Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 65-ci iclası keçirilib.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumdünya Ticarət Mərkəzində keçirilən iclasda MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə dair bir sıra məsələlər müzakirə olunub.

İclasda MDB ölkələrinin maliyyə-iqtisadiyyat sahəsindəki aktual problemlərinə dair birgə layihə və 2015-2016-cı illərdə dövlətlərarası innovativ əməkdaşlıq proqramının həyata keçirilməsi ilə bağlı kompleks tədbirlər planı təsdiq olunub. MDB  iştirakçı dövlətlərinin əməkdaşlığının əsas istiqaməti 2025-ci ilə qədərki dövrdə meşə təsərrüfatı və meşə sənayesi olub.

İclasda "EvrAzES-ə üzv dövlətlərin ərazilərinin rekultivasiyası" proqramı da təsdiq olunub.

MDB ölkələrin İqtisadi Şurasının 65-ci iclasında təşkilata üzv dövlətlərdə kiçik və orta sahibkarlığın vəziyyətinə dair məlumat təqdim olunub. 

Bundan başqa, iclasda bir neçə təşkilati və büdcə-maliyyə məsələlərinə baxılıb. Bildirilib ki, müzakirə olunan qeyd və təkliflər nəzərə alındıqdan sonra layihə sənədləri baxılması üçün MDB  hökumət başçılarına təqdim olunacaq.

MDB İqtisadi Şurasının növbəti iclasının 2015-ci ilin iyununda Sankt-Peterburq şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 65-ci iclasında Azərbaycanının baş nazirinin müavini Yaqub Eyyubov və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

19.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az