İstanbulda Avrasiya İqtisadiyyat Zirvəsi keçirilir

İstanbulda XVIII Avrasiya İqtisadiyyat Zirvəsi başlayıb.

Apa-nın Türkiyə müxbirinin məlumatına görə, Mərmərə Qrupu Vəqfinin təşkil etdiyi zirvənin açılış toplantısına sədrlik edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov geniş Avrasiya bölgəsinin iqtisadi inkişafında Mərmərə Qrupu Vəqfinin böyük xidməti olduğunu deyib: “Türkiyə və Azərbaycan hökumətlərinin Avrasiya İqtisadiyyat Zirvəsini dəstəkləmələri  böyük məmnuniyyət doğurur”.

Zirvənin açılışında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov prezident İlham Əliyevin mesajını oxuyub. Mesajında zirvə toplantılarının Avrasiya məkanındakı xalqlar və dövlətlər arasındakı münasibətlərin inkişafına xidmət etdiyini xatırladan prezident Əliyev, bölgədə gedən iqtisadi proseslərdə Azərbaycanın öncül rolundan bəhs edib. Böyük transmilli layihələrin icrasında əməli işlərin görülməyə başlandığına diqqəti cəlb edən  dövlət başçısı bu prosesdə TANAP və TAP layihələrinin və inşasının bu ilin axırında başa çatması planlaşdırılan Bakı-Tbilis-Qars dəmir yolunun önəmini vurğulayıb. İlham Əliyeviyunda Avropa Oyunlarını, 2 ildən sonra isə İslam Olimpiadasını uğurla keçirmək əzmində olduqlarını bildirib.

Açılış toplantısında çıxış edən Mərmərə Qrupu Vəqfinin başqanı Akkan Suver zirvə toplantılarına verdiyi dəstəyə görə Azərbaycana xüsusi təşəkkür edib. O, Avrasiya ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində Azərbaycanın xüsusi roluna diqqət çəkib: “Bakı-Tbilisi-Qars dəmir yolu və Marmaray layihəsi tarixi İpək yolunun canlandırılması istiqamətində   mənim mənsub olduğum nəslin xəyallarının həyata keçirilməsinin real addımları olacaq”.

A. Suver Mərmərə Qrupu Vəqfinin 30 illiyi münasibətilə xatirə poçt markası buraxılmasına verdiyi dəstəyə görə Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova təşəkkür edib.

XVIII Avrasiya İqtisadiyyat Zirvəsində Çernoqoriya, Bosniya-Herseqovina, Makedoniya və Moldovanın Qaqauz muxtar vilayətinin prezidentləri, Bolqarıstan, Moldova və Rumıniyanın keçmiş prezidentləri iştirak edirlər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2019

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az