Prezident dərmanların bahalığına toxundu

Dövlət başçısı manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib. AzərTAc-ın xəbərinə görə, prezident bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.

Dövlət başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub,  bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.
Bu il daha 3 “ASAN xidmət” mərkəzinin açılacağını deyən dövlət başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verib.
Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirib. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az