BDU-da “Çin dili körpüsü” tələbə müsabiqəsi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə çin dili üzrə 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin Azərbaycan üzrə birinci seçmə mərhələsi keçirilib.

BDU-nun mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, institutda və onun filiallarında oxuyan 155 nəfər BDU-nun nəzdində olan Konfutsi İnstitutunun və Konfutsi İnstitutların/Hanban qərargahı ilə birlikdə təşkil etdiyi müsabiqəyə qatılıb.

Konfutsi İnstitutunun Çin tərəfdən direktoru, dosent Hu Fenhua bildirilib ki, müsabiqə iştirakçıları arasından seçilmiş 15 nəfər ikinci mərhələdə iştirak hüququ qazanacaq.

Mayın 2-də keçiriləcək ikinci mərhələdə müsabiqə iştirakçıları çin dilində müxtəlif çıxışlar hazırlayacaq, mahnı və ya rəqs ifa edəcəklər. İkinci mərhələnin qalibi olan tələbə Asiya üzrə müsabiqədə iştirak etmək hüququ qazanacaq. Birinci mərhələni müvəffəqiyyətlə başa vuran iştirakçılar ikinci mərhələyə keçəcəklər. İkinci mərhələnin nəticələrinə əsasən müxtəlif mükafatlar veriləcək. Qaliblər Çinin paytaxtı Pekində keçiriləcək 14-cü ümumdünya “Çin dili körpüsü” müsabiqəsinin final mərhələsində azərbaycanlı tələbələri təmsil etmək və ya final mərhələni seyr etmək imkanı qazanacaqlar. Bundan əlavə, BDU-nun nəzdindəki Konfutsi İnstitutu digər qaliblərə ödənişsiz çin dilini öyrənmək imkanı verəcək.

Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, dosent Oqtay Cəlilbəyli bildirib ki, BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən təşkil olunmuş müsabiqənin əsas məqsədi gənc azərbaycanlılara çin dilində bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda çin dilinə maraq və sevgini artırmaq, həmçinin çin dili və mədəniyyəti anlayışına imkan yaratmaqdır. Azərbaycanı təmsil edən müsabiqə qalibi Asiya zonasında keçiriləcək müsabiqəyə qatılacaq. Müsabiqədə Bakı Dövlət Universiteti, “ADA” Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və digər ali təhsil ocaqlarından tələbələr iştirak ediblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az