İmişlidə 80 min iribuynuzlu heyvan vaksinasiya edilib

İmişli rayonunda iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə vaksinasiya və profilaktik tədbirlər həyata keçirilir.

İmişli Rayon Baytarlıq İdarəsinin rəisi Orucəli Qasımovun Apa-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə,  bu günə kimi İmişli rayonu ərazisində 50 yaşayış məntəqəsini əhatə edən təsərrüfatlarda olan 93 min baş iribuynuzlu heyvandan 80 mindən çoxu “nodulyar dermatit”ə qarşı peyvəndlənib. Bununla yanaşı, digər yoluxucu xəstəliklərə qarşı da profilaktik və müalicə tədbirləri görülür.

Eyni zamanda 8252 baş heyvandan brusellyoza qarşı qan nümunəsi götürülüb. 85 min baş iribuynuzluda qarayara xəstəliyinə qarşı profilaktik tədbirlər həyata keçirilib. Həmçinin quşlarda  taun əleyhinə, itlərdə  isə quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb.

Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az