"Millenium" kafesi cərimələndi

tandartlaşmaŞ Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, R.Zorge adına parkda yerləşən, əhaliyə ictimai-iaşə xidməti göstərən “Millennium” kafedə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəssisədə ərzaq xammalı və hazır məhsulların mal qonşuluğu qaydaları gözlənilmədən eyni soyuducu kamerada saxlanıldığı, hazır məhsulların günlərlə soyuducuda qalaraq hər dəfə sifariş olduqca qızdırılaraq istehlakçıya təqdim edildiyi, qabların yuyulması zamanı normaların pozulduğu, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, lazımi sənədlərlə təmin olunmadığı müəyyən edilib. Belə ki, kulinariya məhsullarının hazırlanmasında istifadə olunan xammalların uyğunluq sertifikatları, texnoloji təlimat və resepturaları, ət məhsullarının baytarlıq nəzarətindən keçməsi barədə sənədləri, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər, məhsulların sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və hazırlanan məhsulların dövri sınaqlarının aparılması barədə sınaq protokolları yoxlamaya təqdim edilməyib.

Müəssisə tərəfindən hazırlanmış “sezar” salatı və “həvəskar” kotletdən seçilmiş nümunələrin laboratoriyada aparılmış sınaqların nəticələrinə əsasən, məhsullar mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına görə standartların tələblərinə cavab verməyib.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisə 5 000 manat cərimə edilib.

 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2018

20.05.2018

19.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az