Masallı rayon Qızılağac kəndində səyyar qəbul


Masallıda sosial məsələlər vəd verilmişdi, həllini tapdı...

...İş-gücün artan vaxtıdır. Yayda bur gündə görülən iş qışda neçə gün qabağa atar insanı... Qızılağacda da mövsümi kənd təsərrüfatı işləri uğurla davam edir. Səhər çağı kəndə çatanda adamlar iş üstündəydi. Tərəvəz becərilirdi, ot çalınırdı, taxıl sahələri dəniz kimi dalğa vururdu. İşin ahəngi burda da bir an dayanmır. İşin - gücün bu vədində ğızılağaclılar vaxt da tapıb Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı çox hörmətli cənab Rafil Hüseynov və aparatın kollektivi, idarə-müəssisə rəhbərləri və başqaları ilə səyyar görüşə gəlib. Sakinlərin yığışdığı müasir uşaq bağçasının içərisində bir yer də boş qalmamışdı. Rafil müəllim sakinlərlə salamlaşdıqdan sonra arzu və təkliflər verməyi bildirdi. Birinci söz alan kənd məktəbinin dil-ədəbiyyat müəllimi, fəal ictimaiyyətçi Fərhad Abbasov da həmkəndliləri adından rayon rəhbərini salamladı, camaatın razılığını bildirdi: "Cənab prezidentə və Sizə minnətdarlığımızı bildiririk. Hər şey insanlar üçündür. Bizə yaxşı yaşamağa şərait yaradırsınız. Bu bizi sevindirir, yaxşı yaşamağımıza imkan verir. Arzulardıq ki, içməli su problemimiz həll olunsun və Sizin adınızlla bağlansın".
Söhbətə başlayan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov sakinlərin diqqətini çəkdi, danışdı ki, Qızılağac qədim və böyük kənddir. Xəzər dənizinin sahilində yerləşir. Bu kəndin sosial ehtiyacı daha çoxdur. Sovetlər dönəmində burda sosial problemlər diqqətdən kənarda qalıb. Ona görə də bu və ya digər işləri birinci "Çölkənddən" başladım. Rahatam ki, ən kiçik kəndin belə yolu var, asfalt çəkilib, qaz məsələsi həll olunub. İndi də Sizdə və ətraf kənddə qurtarmaq üzrədir. Qazla bağlı problem yoxdur. Daşıyıcı xətt var. Bu yaxşı haldır. Su ilə bağlı bəzi məsələni də deməliyəm. Su problemi ciddidir. Su yoxdursa həyat da olmaz. Bu barədə ölkə rəhbəri cənab İlham Əliyevə görüşmüş, rayonumuzda içməli su problemi barədə ətraflı məlumat vermişəm və bu işi O, şəxsən nəzarətə götürüb. Həmin danışığımızda Prezidentə minnətdarlıq etdim. Özünün nəzarətindədir. Bu məsələ həll olunur. İçməli suyumuz da olacaq. Su Viləşdən bənd alacaq. İndiyədək 20 kilometr su xətti hazırdır."
Rayon rəhbəri - Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov sonra diqqətə çatdırdı ki, elektriklə bağlı problem yaşanır. Bu da xeyli vaxt və vəsait tələb edir. Dayanacaqlı elektrik yoxdur. Kabelləşmə getməlidir. İtkilərin qarşısı alınacaq, güclü naqillər ləğv olunacaq. Ölkə başçısının sərəncamı ilə təzə müəssisə - "Azərişıq" yaranıb. 10 transformator dəyişib. Respublikada nöqsanı olan yerdən biri də bizim rayonumuzdur. Bu sahə ilə bağlı bütün iş təzədən qurulur... 
Rayon elektrik şəbəkəsinin işçisi bildirdi ki, bu kəndin işığa 84 min manat borcu vardır və bu bizi narahat edir.
Rayon masştabında tanınan bacarıqlı mühəndis və sadə insan Qulu Vəci oğlu Məmmədov uzun illərdən qabaqkı intizamı və ədəbi ilə RİHB-nin başçısına müraciətlə dedi:
- Çox hörmətli Rafil müəllim, bu günkü səyyari görüş böyük əhəmiyyət kəsb edir. Belə görüş və söhbətlər elə-belə deyil, nəsihət xarakterlidir. Adamlar yerlərdə Sizə və çıxışınıza inanır. Mən də fürsətdən istifadə edərək mədəniyyət evinin bərpasını, yaxud yenidən tikilməsinə kömək göstərməsini xahiş edərdim.
Başçı:
- Unikal mədəniyyət eviniz vardır. Təzəsini tikmək asan xərclə başa gəlir, nəinki onu təmir edəsən. Belə bir mədəni ocaq Şərəfədə də var. Onun tikilməsində və bəzənməsində unudulmaz xalq rəssamı Mikayıl Abdullayevin əməyi olub. Əmək adamından, həyatımızdan bəhs edən rəsm əsərləri divardadır. Mədəniyyət naziri rayonda olanda Şərəfəyə baş çəkdi, həmin mədəniyyət müəssisəsini gördü, şəklini çəkdi. Söz verib ki, onun təzədən bərpasına çalışacaq. Vaxtikən bu binaya, içərisindəki əşyalara etinasızlıq olub...Həm də kəndinizdə və Masallının mərkəzində qədim hamam binaları mövcuddur. Onun qorunması, neçə metrlikdə yerləşməsi və s. haqda xüsusi qanun var. Qədim abidələrin bərpası çətin prosesdir, bu, xüsusi maddələrlə başa gəlir. Gözləyin, bərpa eləyək. Hamam da mədəniyyətdir. Kənddəki hamam 180 ildən yuxarıdır ki, tikilib. Bu bizim keçmişimizdir. Memarlıq abidələri millətin tarixidir, qocalmaz varlıqdır. Qızılağac Orta əsrlərdə Xəzər dənizi limanları ilə ticarət əlaqəsi saxlayan qədim yaşayış məskəni olmuşdur. Qızılağac ərazisində Dəmir dövrünə aid kurqan, bu gün "Həzi Təpəsi" adı ilə məşhur olan abidə yerləşir. Əhalisi gəmiçilik və maldarlıq da inkişaf etmişdi. Gilan və Mazandarana gedən karvan, dəniz yolu Qızılağacdan keçirdi. Qızılağac 15 əsrdən çox Avropa və Yaxın Şərq arasındakı ticarətdə mühüm yer tutmuşdur. Hər daşı qorumaq lazımdır. Tariximizi qoyub getməliyik.
Masallı rayonunun Qızılağac kəndi haqqında:
Qızılağac (ALNUS) Qızılağac ağacı Qozağacıkimilər fəsiləsindən birevli, ayrı cinsli ağac və ya kol cinslidir. Kənarı dişli olan yarpaqları növbə ilə düzülür. Əksəriyyəti erkən yazda, hələ yarpaq açmamış çiçəkləyir. Çiçəkləri sırğacıqlarda yerləşir. Meyvəsi birtoxumlu fındıqçadır. Paxlalı bitkilər kimi, qızılağacın da köklərində yumurcuq bakteriyaları olur. Qızılağac 100 il, nadir halda isə 300 il yaşayır. Əsasən çayların sahilində, münbit, yaxşı aerasiya olunan, çox rütubətli torpaqda, bəzi növləri isə qumluq və daşlıq yerlərdə bitir. Şimal yarımkürəsində 42-47 , keçmiş SSRİ-də 10-15, o cümlədən Azərbaycanda 3 növü yayılmışdır: Ürək yarpaqlı Qızılağac (A.Subcordata), Boz Qızılağac (A.Insana) və Saqqallı Qızılağac (A. Bardata). Boz Qızılağacın hündürlüyü 15-20 m-ə qədərdir. Ürəkyarpaqlı Qızılağacın hündürlüyü 28-30 m-ə (bəzən 35 m-ə) diametri 160 sm-ə çatır. Oduncağı qırmızımtıl olur. Qabığında çoxlu aşı maddəsi vardır. Saqqallı Qızılağacın hündürlüyü 20 m-ə (bəzən 25 m-ə) qədərdir. Bu növ, rütubət və işıqsevən, tez böyüyən ağacdır. Qızılağacın havada qızaran açıq rəngli, yüngül oduncağı mebel, tara istehsalında, sualtı və yeraltı qurğularda tikinti materialı kimi işlədilir. Bəzi növlərinin qozlarından alınan maddə təbabətdə: kolit və dezinteriyanın müalicəsində, qabığı isə boyaqçılıqda, bir çox növü isə yaşıllaşdırmada istifadə edilir. Lakin tayfa adı ilə bağlı olan toponimləri orta əsrlərdə və indiki dövrlərdə də başqa cür izah etməyə çalışanlar da az olmamışdır. o, cümlədən Qızılağac haqqında maraqlı sözlər deyilmişdir. Onlardan bir neçəsinə diqqət edək: Bəziləri bu adı, bu yerlərdə bitən qızıl ağac növlü ağac və kolla əlaqələndirirlər. Digərləri isə xalq əfsanələrini daha doğrusu, etimologiyasını əsas götürürlər. Necə ki, əfsanələrin birində deyilir: Guya Şah Abbasın Qızılağacdan gedərkən əlində olan Qızıldan düzəldilmiş ağacı yaddan çıxıb orada qaldığı üçün bu ərazi "Qızılağac" adlandırılmışdır və s. Deyilənlər qədim tarixə malik olan Qızılağacın adına, tarixinə xələl gətirir. Bu kimi adlar coğrafi adların yeni məzmun kəsb etməsinə gətirib çıxarır. Bunun da nəticəsi tarixi baxımdan müxtəlifliyin əmələ gəlməsinə səbəb olur. Bu fikri professor A. Qurbanovun sözləri ilə desək: "Azərbaycan qədim və erkən orta əsr tarixi yadelli mənbələr əsasında öyrənilir. Bu mənbələr o zaman Azərbaycanda mövcud olan yer adlarını, toponimlərini saxlamışdır. Belə adlar müxtəlif dillərdə, o cümlədən Azərbaycan (ümumitürk dili əsasında) dilində olmuşdur. Belə toponimlərin tədqiqi Azərbaycan dilinin yazısız dövrünün tarixinə nəzər salmağa imkan verir". (A.Qurbanov. Toponomik tədqiqat və onun elmi əhəmiyyəti. "Elm və Həyat" jurnalı, 1988, N 10). Alimin bu fikri tam dolğunluğu və məzmunu ilə indiki dövr tədqiqatçıları üçün başlıca istiqamətdir. Qızılağac toponimi haqda Əsgər Zahidov özünün "Muğan " adlı kitabında yazır. "Respublikamızın Masallı, Salyan və Göyçay rayonlarında Qızılağac adlı kəndlər vardır. Lakin bunların içərisində Masallı Qızılağacının adi tarixi mənbələrdə və xəritələrdə daha qədimdən çəkilir. Qızılağac kəndi (şəhəri) və limanı (dərgahı) XX əsrin 20-30-cu illərinə kimi fəaliyyətdə olmuşdur. Onun qalıqları indi də qalmaqdadır." (Əsgər Zahidov. Muğan. Bakı 1999, səh. 77).
Göründüyü kimi, Qızılağac kəndi (şəhəri öz adamları arasında üstün mövqeyə malik olmuşdur. bu adı daşıyan yaşayış məntəqələrindən o şübhəsiz özünün dəniz üzərində tutduğu coğrafi məkana görə fərqlənirdi. Bunu, əlbəttə qəbul etmək heç kimə ziyan gətirmir. Göyçay və Salyan rayonu ərazisində də Qızılağac kəndi və "Qızılağac" adında respublikamızda bitən ağac və kol növü də məlumdur. Orta əsr fars, rus və əsəb mənbələrində Qızılağacın adına tez-tez rast gəlirik. Teymurilər sultanı Əbu Səid 1468-ci ildə Qızılağacda olmuşdur." (Musarza Mirzəyev "Mənim Masallım", 1990, səh. 46).
Kənd sakinlərindən Məhəmməd Babayev, Sakit Əliyev, Elçin Abuşov, Mirisa Məmmədov, Sürəyya Abdullayeva, şəhid atası Malik Xəlilov və başqaları şəxsi və ictimai fikri təsdiq edən suallarla rayon rəhbərinə müraciət etdi, köməklik göstərməsini xahiş etdi. Suvarmadan da danışıldı və bu sahənin rəisi Ağabəy Ağayev suallara aydınlıq gətirdi, problemin həlli yolundan danışdı. 
Bildirək ki, Qızılağac yeganə kənddir ki, suvarma sistemləri altındadır. Amma, sakinlər özləri bunu məhv edib...
- Bəzi sosial məsələlər öz həllini tapacaq. Çox yaxın vaxtda həll olunacaq...- deyə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov sakinlərə müraciət etdi və onlar rayon rəhbərini sakit təmasda, diqqətlə dinlədi:
- Heç kim işləmək istəmir. Bunu şikayətlərin tərkibindən bilirəm. Boz sözə, boş sözlərlə ilə heç nə əldə etmək olmaz. İşlə bağlı məsələdə ciddi olmalıyıq. "Azərsun" kənddə 100 hektar sahədə pomidor əkib. Bu 200 iş yeri deməkdir. 20 min manat il ərzində bələdiyyəyə pul köçürür. Bura mədəni kənddir. 7 minə qədər əhalisi var. Kommunal xidməti yaratmaq lazımdır. Kəndara, mərkəzi küçənin yoluna işıq çəkilməlidir. Axşamlar gələn - gedən var... Mən kənd təsərrüfatı sahəsində də işləmişəm. Kəndli gözünə inanmalıdır, qulaqla eşitdiyinə yox. Ələbaxan olmayın. Gedin mütərəqqi yolu ilə işləyən o adamlara baxın. Uşaqlar oxumalıdır. Təhsil birincidir. Bircə xahişim odur ki, övladlarınız oxusun, dərsə getsin, siz özünüz valideyn kimi dərsdə oturun. Təhsil olmasa kənddə heç nə olmayacaq. Mən çox gözəl xatırlayıram və məktəb günlərimiz göz önümdən getmir. Çətin günlər idi. Amma, ata-anamız bizim dərslərimizlə maraqlanar, dərsə davamiyyətimizi müəllimlərimizdən öyrənərdi və inanardılar ki, müəllim düz danışır. İndiki kimi yaraşıqlı məktəbimiz, sinif otaqlarımız yoxuydu. Amma, qoyun-quzu ardınca kitabımızdan əl çəkməzdik, çünki, axşamlar valideynimiz dərs soruşacaqdı. Məsuliyyət hiss edirdik, qorxurduq. Heç yaxşı paltarla da məktəbə gedə bilmirdik, amma, dərslərimizi oxuyurduq hamımız...O vaxtdan illər, zaman keçib, amma, yenə də övladlrınızı xahiş edirəm, oxudun. Qoy təhsil alsınlar, cəmiyyətə qoşulsunlar...
Sakit otaqda hamı rayon rəhbərini dinləyirdi, hamı onun sözlərinə haqq qazandırırdı. Bilirlər ki, Rafil müəllim elə-belə danışmır. O nə deyirsə o da olur. Əgər kənddə əvvəlki illər - 3 il bundan qabaq deyirdisə qaz olacaq, adamlar deyərdi ki, yəqin o biri rəhbərlər kimi danışır. Amma, indi bilirlər ki, o nə deyirsə doğru çıxır. Bunu bu gün qızılağaclılar bir daha təsdiq etdi.
"Rayonumuz bahalı turizm məskəni olacaq. Bilirsinizmi, kimlər idarə edəcək onu? Əlbəttə, dil bilən, kompüterdən baş açan. Azyaşlı qızların ana olmasına tələsməyin; onların özünə hələ ana lazımdır. Axırı olmayan bir şeydən ötrü əzab çəkməyin, nəsli korlamayın, sonra çoxsaylı suallar qarşısında cavab tapa bilməyəsiniz. Say azalıb. Bu məni sevindirir. Bu məsələ 100 faiz aradan qalxmalıdır..." - deyə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov dəyərli söhbətinin ardını davam etdirdi.
Axırda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov onu diqqətlə dinləyən qızılağaclılara təşəkkür etdi, yay mövsümi işlərində onlara müvəffəqiyyətlər arzuladı.
Əlihüseyn ŞÜKÜROV, Masallı rayonu

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.09.2018

20.09.2018

19.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az