Bakı Ali Neft Məktəbində “Açıq qapı günü” keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı günü” keçirilib. 

BANM-nin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, 1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov onları salamlayıb və imtahanda göstərdikləri yüksək nəticəyə görə ürəkdən təbrik edib. 
İlk olaraq E. Qasımov tədbir iştirakçılarını Ali Məktəbin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb.  O, bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara,  həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Müasir dövrdə  dünya əmək bazarında ən çox mühəndis kadrlara tələbat olduğunu vurğulayaraq bu peşəyə yiyələn abituriyentlərin BANM-də oxuyaraq gələcəkdə dünyanın ən iri neft-qaz şirkətlərində karyera qurmaq imkanı qazanacaqlarına və ən tələb olunan kadrlar olacaqlarına əminliyini ifadə edib. BANM-də BP, Statoil, Halliburton, Emerson, IBM və dünyanın bir sıra nüfuzlu digər neft-qaz şirkətlərinin tələblərinə uyğun kadr hazırlandığını qeyd edən, rektor bildirib ki, Ali Məktəbin bir sıra tələbələrinin indidən belə şirkətlərə işə dəvət olunması artıq BANM-in nüfuzunun və uğurlarının göstəricisidir. 

E.Qasımov SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində Ali Məktəbdə tələbələr üçün hər cür şərait yaradıldığını  qeyd edib. O, zəngin maddi-texniki bazaya malik olan BANM-in dünyanın bir sıra nüfuzlu təhsil ocaqları, neft-qaz və ölkədə fəaliyyət göstərən transmilli şirkətlər ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bu əməkdaşlıq sayəsində BANM-in tələbələri üçün geniş təhsil və gələcək karyera imkanları yaradılır.   Bununla Ali Məktəb tələbələrinə nəzəri biliklər verməklə yanaşı, onları praktiki təcrübəyə yiyələndirir və gələcəkdə ölkədə yüksək ixtisaslı peşəkar kadrlara tələbatın ödənməsinə zəmin yaradır. Rektor BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq etdiyini xatırladaraq bu əməkdaşlıq  çərçivəsində BANM-də tədrisin bu universitetin proqramları əsasında həyata keçirildiyini və Ali Məktəbin seçilmiş tələbələrinin hər il bir semestr ərzində Heriot-Vatt universitetinə təhsil almağa göndərildiyini deyib. 
Görüşdə iştirak edən BANM-in tələbələri abituriyentlərlə oxuduqları təhsil müəssisəsində verilən yüksək keyfiyyətli təhsil, tələbə həyatı və müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratları və fikirləri ilə  bölüşüblər.  
Görüş çərçivəsində rektor  Elmar Qasımov və tələbələr abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandırıblar. 
Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az