Masallıda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri müzakirə edilib

Zərdabi Mətbuat Mərkəzi və «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatı Masallıda «Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr» mövzusunda «dəyirmi masa» keçirib. "Yeni həyat" bildirir ki, «Kred Aqro» BOKT-nin rayondakı filialında ərsəyə gələn tədbiri Masallı RİH başçısı  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi  Həmid  Süleymanov açıb, rayonun rəhbəri Rafil Hüseynovun salamını tədbir iştirakçılarına çatdırıb. O, iki qurumun «Bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələrinin artırılmasında stimullaşdırıcı tədbirlərin rolu və onun həyata keçirilməsi yolları» layihəsi çərçivəsində keçirdiyi «dəyirmi» masa»nın Masallıda da hər üç kollektiv arasında əlaqələrin inkişafına təsirsiz ötüşməyəcəyini deyib. 
Sonra Respublika Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadənin məruzəsi dinlənilib. Jurnalist təşkilatının rəhbəri dördüncü ilə qədəm qoyan qarşılıqlı əməkdaşlığı ölkədə media və bank-kredit sektorunun birgə tərəfdaşlığına dair ən uzun müddətli nümunə adlandırıb. Bunun davamına şərtləndirən cəhətlərin təhlilini verib və bildirib ki, 2012-ci ili əhatə edən ilk layihəmizə Bakıda gündəlik çıxan, ictimai fikrə təsir edən kütləvi informasiya vasitələri daxil idi. Layihələrimiz bir il sonra regional KİV-ləri, 2014-cü ildən isə debitorları əhatə etdi. Cari ildə «Kred Aqro» nun 15 yaşı tamam olduğundan bütün tədbirlərimizdə fərqlənənlərin mükafatlandırılması qərarlaşdırılıb və s.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə  layihələrin davamını şərtləndirən əsas səbəblər sırasında kredit təşkilatı rəhbərlərinin media ilə qarşılıqlı tərəfdaşlığa daim diqqətlə yanaşmasını da bildirib. Eyni zamanda Rəhim müəllim qeyd edib ki, bu öz müsbət nəticələrini monitorinqi aparılan KİV-lərdə sahəyə aid yayımlanan materialların sayında, keyfiyyətində göstərməkdədir. Rəhim müəllim müqayisə üçün tədbir iştirakçılarıına bildirib ki, əgər layihəyə başladığımız 2012-ci ilin aprelində monitorinqi aparılan 31 KİV-də sahəyə dair cəmi 200 yazı verilmişdisə, 2013-cü ilin müvafiq dövründən indiyədək müsbət fərq bundan azı iki dəfə çoxdur. 2013-cü ildə mövzuya aid 8840 material yayımlanmışdısa, 2014-cü ilin 9 ayında bundan çox yazının (9874) təqdim atı qeydə alınıb. R.Hüseynzadə cari ildə medianın baş mövzusunun I Avropa Oyunlarının olmasına baxmayaraq inkişaf tendensiyasının davamını müsbət hal kimi dəyərləndirib. Son iki ilin 4 aylıq müqayisəsində sahəyə aid informasiyaların, maarifləndirici yazıların artmasını misal çəkib. 2015-ci ilin 4 ayında ümumilikdə ötən ilin müvafiq dövrünə nisbət - 148 çox material verildiyini vurğulayan məruzəçi (4096-3916) bu rəqəmin yarıdan çoxunun cəmi 7 informasiya agentliyinin payına (2221) düşdüyünü söyləyib. Burada ilk üçlüyün «Trend»ə (537), «Azeri-press» (APA) İnformasiya Agentliklərinə (538) və «AzərTAC»a (512) məxsus olduğunu, qəzetlərdən isə ilk beşliyə «Bakı xəbər»in, «Həftə içi»nin, «Mövqe»nin, «İqtisadiyyat»ın və «Yeni Müsavat»ın daxil olduğunu bildirib.
Məruzə ətrafında çıxışlarda "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov,  «Kred Aqro» BOKT-nin təchizat və təbliğat üzrə mütəxəssisi Asif Həmzəyev ,  "KredAqro"nun Masallı filialının müdiri Fəzahim Zalıyev,  "KredAqro"nun Cəlilabad filialının əməkdaşı Bahəddin Həmidov, "Bank Respublika"nın kredit  mütəxəssisi Amil Hüseynov,  "KredAqro"nun Cəlilabad filialının müdiri Şahin Cəbrayılov,   , "Lənkəran" qəzetinin  baş redaktoru İltifat Əhmədov, " Yeni gün " (Cəlilabad rayon) qəzetinin  baş redaktoru Böyükxan Bağırov,   "Astara" qəzetinin  baş redaktoru Azər Abdullayev, "Yeni həyat" (Masallı rayon) qəzetinin əməkdaşı Əlihüseyn Şükürov və başqaları çıxış etmiş, hazırkı layihənin ictimai əhəmiyyətini vurğulamış, bu istiqamətdə bir sıra təklifini səsləndirib. Adları göstərilən media qurum təmsilçilərin kollektivinə  Respublika Zərdabi Mətbuat Mərkəzinin Diplomu təqdim olunub.Diplomu qurumun rəhbəri Rəhim Hüseynzadə təqdim edib.
«Kred Aqro» BOKT-nin təchizat və təbliğat üzrə mütəxəssisi Asif Həmzəyev öncə tədbir iştirakçılarına təmsil etdiyi qurum barədə məlumat verib dedi ki, "Kred Aqro» BOKT 2000-ci ildə ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı ACDİ/VOCA tərəifindən təsis olunub. Məqsəd Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən mikro və kiçik biznes nümayəndələrinə maliyyə xidmətləri etməkdir. Missiyamız regionlarda fəaliyyət göstərən fermer təsərrüfatlarına maliyyə xidmətləri göstərməklə müştərilərimizin həyat səviyyələrini, iqtisadi imkanlarını yüksəltmək, bununla da yerli icmaları inkişaf etdirməkdir. 2008-ci ildə şirkət kənd təsərrüfatı sektoruna verdiyi töhfələrə görə «UĞUR» milli mükafatına layiq görülmüşdür. 2012-ci ildə isə bank olmayan kredit təşkilatları arasında «İlin Şirkəti» seçilmişdir. Təşkilat həmçinin Fransanın paytaxtı Parisdə «Bisiness İnitiative Directions» şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə «WQC AVARD» mükafatının «Qızıl» kateqoriyasına layiq görülüb. A.Həmzəyev bu uğurlarda həmçinin media ilə əməkdaşlığın roluna dair konkret misallar çəkib. O, habelə tədbirdə bir qrup fəal debitora   Masallı, qonşu Lənkəran, Cəlilabad, Astara rayonundan olan bir neçə biznes fəalına  «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatı Resbublika İdarə Heyətinin  diplom və qiymətli hədiyyəsini təqdim edib.
Qeyd edək ki, tədbir yüksək təşkiatçılıq, maraqlı anlaşma şəraitində keçib.
Əlihüseyn Şükürov

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az