2016-cı ilin yaşayış minimumu 136 manat olacaq

Milli Məclisdə “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanunları müzakirəyə çıxarılıb.

Qanun haqqında Milli Məclisin İqtisadi siyasət komitəsinini sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, 2016-cı ildə Azərbaycanda yaşayış minimumu 136 manat götürülüb. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilib.

2016-cı il üçün yaşayış minimumu haqqında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli danışıb. O deyib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az