Saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Xətai rayonunda Gəncə prospekti, ev 105 ünvanında Rabil Əliyevə məxsus mağazada, Neapol küçəsi, ev 8 ünvanında yerləşən "Uğur market"də, Mehmandarov küçəsi, ev 80 ünvanında yerləşən "Telman market" də, S.Orucov küçəsi, ev 13 ünvanındakı "İnci market"də, Nərimanov rayonunda Azadlıq prospekti, ev 151A ünvanında yerləşən "Cavidan market"də, Ağa Neymətulla küçəsi, ev 85 ünvanında Elmir Məmmədova məxsus mağazada, Ağa Neymətulla küçəsi, ev 75 ünvanında Azər Şükürova məxsus marketdə, Füzuli rayonunda Qayıdış qəsəbəsi, 9, ev 105 ünvanında Əziz Bayramova məxsus mağazada ümumi çəkisi 170 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Haqsız rəqabətə yol verənlərə qarşı haqlı cəza tədbiri.

Tofiq Əliyev

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az