Mobil telefonlar 50 faiz bahalaşdı

Paytaxtın “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən bütün telefon mağazaları satışı dayandırıb. Köhnə qiymətlə satış həyata keçirilmir. Satıcılar gözləməkdədirlər.
Musavat.com-un əməkdaşı adıçəkilən mağazalarda olub və satıcılarla həmsöhbət olub.
Satıcılar iri mobil telefon mağazalarının xırda mağazalara telefon satışını dayandırdığını deyirlər. Satıcılar çarəsiz durumda olduqlarını bildirirlər: “Mobil telefonları “Samsung intergral plyus”dan alırdıq. Bu gün podratçı şirkət məhsulunu dayandırıb. Bu ətrafda demək olar ki, heç kimə telefon verilmir. Bizə yalnız gözləmək düşür”.
Mobil telefonların satışını həyata keçirən “Samsung integral plyus”da olduq və qiymətlərlə maraqlandıq. Fərhad adlı satıcı bildirdi ki, “Bu gün bir neçə saat mağazanı bağladıq. Dolların bahalaşması ilə əlaqədar qiymətləri dəyişdik. Artıq yeni qiymətlərlə satış həyata keçiririk”.
 
Mobil telefonların qiymətlərinə gəlincə “Samsung J5” mobil telefonu bahalaşmadan öncə 299 manat olduğu halda, bahalaşaraq hazırda 449 manata təklif olunur. Əvvəlki qiymətlə müqayisədə 150 manat fərq edir. Digər telefonlarda da bu şəkildə artım müşahidə olunur.
 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2019

18.06.2019

17.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az