Bəzi sərinləşdirici içkilərin istehsalçıları cərimələnib

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü Mədən küçəsi, 276-cı məhəllədə «Budad» MMC-yə məxsus sexdə aparılan yoxlama zamanı «Budad» kvas içkisinin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edilməsi, «Budad» qazsız içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, qazsız içkilərin etiketlərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin, eləcə də məhsulun istehsal tarixinin, kvas içkisinin üzərində isə məhsulun enerji dəyəri və istehsalçısı barədə məlumatların göstərilməməsi səbəbindən «Budad» MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

APA-nın məlumatına görə, Dövlət Xidmətində işə baxılması başa çatdırılıb və «Haqsız rəqabət haqqında» qanunun tələblərini pozduğuna görə «Budad» MMC-yə 4,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Ə.Novruzov küçəsi, ev 22/71 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı «Tərxun» sərinləşdirici içkisinin, qazsız suların gigiyenik və uyğunluq sertifikatları, qazlı suların uyğunluq sertifikatı, «Düşes» sərinləşdirici içkisinin müvafiq reseptura və uyğunluq sertifikatı, albalı və şaftalı nektarlarının isə müvafiq reseptura olmadan istehsal edilməsi, qazlı suların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, «Çernoqolovka» adı ilə istehsal olunan sərinləşdirici içkilərin üzərində iki müxtəlif saxlama müddətinin qeyd edilməsi, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan albalı və şaftalı nektarı qatqılarından istifadə edilməsi səbəbindən bu sahibkar barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Həmin qanunun tələblərini pozduğuna görə, sahibkar Qüdrət Abasova da 897 manat maliyyə sanksiyası tətbiq edilib.

Haqsız rəqabət aparanlar haqlı cərimə olundu.

Tofiq Əliyev

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az