Millət vəkili Qarabağ müharibəsi iştirakçılarının ixtisara salınmasının əleyhinə çıxıb

Millət vəkili Siyavuş Novruzov Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarının, eləcə də Çernobıl əlillərinin iş yerlərində ixtisara salınmasının əleyhinə olduğunu bəyan edib. 

Apa-nın məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı S. Novruzov deyib ki, bu yanaşma düzgün deyil: “Çoxları deyir ki, onlar demaqoqdur, elə birinci onlar ixtisara salınmalıdır. Bu nə yanaşmadır? Axı onlar musiqi məktəblərində oxumayıblar, müharibədə iştirak ediblər, Qarabağ müharibəsində vətəni müdafiə ediblər. Niyə onlar ixtisara salınmalıdır?!”
Qüdrət Həsənquliyev isə işsizliyə görə müavinətlərə ayrılan vəsaitin az olduğunu söyləyib: “Düşünürəm ki, bu məbləğ azdır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 29 min işsiz insan var. Bilirsiniz ki, ölkədə insanlar işdən çıxarılanda işsiz kimi qeydiyyata düşmürlər. Bunlar qeydiyyata alınsalar, dövlət onlara qayğı göstərsə, onlar dövlətin bu qayğısını hiss etsələr, ayrı-ayrı təxribatçı qüvvələrin də onlardan siyasi sabitliyi pozmaq məqsədilə istifadə etməsinin qarşısı alınmış olar. Biz hamımız bilirik ki, ölkədə siyasi sabitlik qorunmayacağı təqdirdə heç bir islahatdan, iqtisadiyyatın yenidən qurulmasından söhbət gedə bilməz. Buna görə də bu insanlar - hansılar ki iş yerlərini itirirlər - onlar dövlətin qayğısını mütləq hiss etməlidirlər”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az