Gəncədə ərzaq mağazaları yoxlanılır

Gəncədə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə mağazalarda yoxlamalar aparmaq üçün xüsusi komissiya yaradılıb. APA-nın Qərb bürosunun məlumatına görə, komissiyanın tərkibinə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Baytarlıq Xidmətinin nümayəndələri daxildir. Keçirilən monitorinqdə əsas məqsəd əhalinin istehlak etdiyi ərzaq və qeyri-ərzaq məhsullarının keyfiyyətinə nəzarətin təşkilidir. Monitorinq zamanı şəhərin Atatürk prospekti və Nizami küçəsində fəaliyyət göstərən ərzaq mağazalarında bir sıra neqativ hallar aşkarlanıb. Əksər dükanlarda satıcıların fərdi geyim qaydalarına əməl etməməsi halları müşahidə edilib. Həmçinin reyd zamanı bəzi satış obyektlərində mənşəyi məlum olmayan və uyğunluq sertifikatı olmayan qida məhsullarına da rast gəlinib. Monitorinqlər zamanı neqativ hallar rast gəlinən mağazaların sahiblərinə şifahi şəkildə ciddi xəbərdarlıq edilib. Reydlər bir neçə gün davam edəcək.

Normal yaşamaq üçün normal qidalanmaq lazımdır.

Tofiq Əliyev

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az