Bakı-Sumqayıt şosesinə alternativ yol təmir olunur

Bakı - Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

ASC-dən Apa-ya verilən məlumata görə, hərəkət hissəsi sıradan çıxmış, payız-qış aylarında gediş-gəlişi pisləşən, piyada səkilərinin olmayan yol vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Artıq bu problemlərin köklü şəkildə aradan qaldırılması istiqamətində işlər görülür.

Bakı - Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun uzunluğu 6,3 km, eni isə 16 metr təşkil edir. Layihəyə uyğun olaraq yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu 10 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol yatağının yararsız qruntu 1,8 – 2 metr dərinlikdə qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda yol əsasının tikintisi və buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 3 qat olmaqla 80 min kvadratmetr sahəsi asfaltlanacaq.

Hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərinin çəkilişi, həmçinin 12 yeni avtobus dayanacağının quraşdırılması işləri aparılacaq.

Qeyd edək ki, Bakı - Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 87 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin olunacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az