1000 $-lıq İPHONE-7 və 7+ üçün gecədən növbəyə dayanıblar - MOSKVADA - FOTO

Rusiyada ABŞ-ın “Apple” korporasiyasının istehsal etdiyi yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının satışına start verilib.

 

apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, “iPhone”un yeni modelinin satışa çıxarılması Moskvada ajiotaj yaradıb. Qızıl Meydandakı QUM ticarət mərkəzində yüzlərlə insan “iPhone 7” almaq üçün gecə saatlarından növbəyə dayanıb.


Hazırda QUM-da böyük izdiham var. Yüzlərlə insan yeni “iPhone” modelinə sahib olmaq üçün növbədə gözləyir. Səhər saat 10:00-dan etibarən QUM qapılarını növbəyə duranlara açıb.
 

Moskvada “iPhone 7”nin qiyməti 56,99 min rubldan (892 ABŞ dolları), “iPhone 7 Plus”-un qiyməti isə 67,99 rubldan (1064 ABŞ dolları) başlayır. 

 

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.01.2019

23.01.2019

22.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az