Ürək-qan-damar xəstəliklərindən ölənlərin sayı artıb

Azərbaycanda bütün ölüm hallarında qeyri-infeksion xəstəliklərin (QİX) payı 87% təşkil edir.

Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov bildirib. O deyib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət və tendensiya digər dünya ölkələri ilə eyni səviyyədədir.

N. Seyidov qeyd edib ki, ölkədə qeyri-infeksion xəstəliklər arasında ürək-qan-damar xəstəlikləri üstünlük təşkil edir: “Son 15 il ölkədə əmək qabiliyyətli yaşda ölənlərin sayı artıb. Belə ki, 2000-ci ildə 12084 nəfər vəfat etmişdisə, 2015-ci ildə bu rəqəm 16684 nəfər olub. Ölüm səbəbləri arasında qan-damar xəstəlikləri üstünlük təşkil edib. Son 15 ildə ürək-qan-damar xəstəliklərindən ölənlərin sayı 2500 nəfərdən çox (2000-ci ildə 4414 nəfər, 2015-ci ildə isə 6974 nəfər) artıb”.

N. Seyidovun sözlərinə görə, hesablamalar əsasən 2025-ci ilədək dünyada 20 milyon insanda  yeni xərçəng xəstəlikləyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəlirli ölkələrdə baş verəcək. Azərbaycan orta gəlirli ölkələrə aid edildiyindən, bu halların bizdə də müşahidə olunması gözlənilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

19.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az