Azərbaycanda yeni zavod tikilir

Sənaye əhəmiyyətinə görə əvəzsiz bitki olan və Ağdaş rayonu ərazisində indiyədək kustar üsulla emal olunan biyanın daha geniş sahədə yetişdirilməsi və emalının təşkil edilməsi üçün tədbirlər görülür. Bu məqsədlə Ağdaş rayonunda inşa edilən biyan emalı zavodunda son tamamlama işləri görülür.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 10,6 hektar ərazidə inşa edilən biyan tədarükü və emalı zavodunun binasında inşaat işləri başa çatdırılıb və hazırda istehsal sahəsində avadanlıqların qurulması prosesi davam etdirilir. Müəssisə üçün məhsul saxlama anbarının, qazanxana və elektrik yarımstansiyasının tikintisi yekunlaşıb, ofis binası və yeməkxana tikintisində son tamamlama işləri görülür. İlin əvvəlindən bəri zavod tərəfindən 220 hektar sahədə biyan əkilib. 

Ümumilikdə 1000 hektar istifadə olunmayan boş torpaq sahəsinin biyan əkini dövriyyəsinə cəlb edilməsi üçün işlər görülür.

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az